Maaş kalkulyatoru

İşəgötürənin tam xərci: maaş kalkulyatoru

Gross maaşı yazın: işəgötürənin öz hesabına ödədiyi sığorta haqlarını və işçinin ona tam neçəyə başa gəldiyini görün.

Hansı sektordasınız?
  1. Dövlət sektoru: dövlətin yaratdığı publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və ya dövlət fondlarından maliyyələşən qurumlar və payının 51% və ya daha çoxu birbaşa və ya dolayı yolla dövlətə məxsus olan şirkətlər.
  2. Neft-qaz sektoru: SOCAR və onun strukturundakı müəssisələr, hasilatın pay bölgüsü və əsas boru kəməri sazişləri üzrə podratçılar və əməliyyat şirkətləri, həmçinin keçən il gəlirinin 50%-dən çoxunu onlardan alan subpodratçılar.
  3. Özəl qeyri-neft sektoru: qalan bütün hüquqi şəxslər və fərdi vergi ödəyiciləri.

İlk iki qrup eyni şkala ilə hesablanır: kalkulyatorda «Dövlət və neft sektoru» seçin. Meyarlar Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarındadır. Qərarın mətni

İl

İş yeri

Hesab qanun mətnlərinə əsaslanır və rəsmi sənəd deyil. Mənbələr və fərziyyələr Metodika səhifəsindədir.

Əlinizə çatan Qanunla yoxlanılıb

1 710₼

Gross maaşın 85,5%-i

Maaşdan tutulur 2026 qaydaları

Tutulmalar cəmi 290 ₼

  • Gəlir vergisi 54₼ 3%Vergisiz hissə 200 ₼
  • Sosial sığorta 186₼ 3% / 10%
  • İşsizlikdən sığorta 10₼ 0,5%
  • İcbari tibbi sığorta 40₼ 2%

Pul hara gedir

İşəgötürənin tam xərci

2 364 ₼

İşəgötürən əlavə ödəyir: 364 ₼

İşəgötürən nə ödəyir

İşçinin maaşından tutulanlardan əlavə, işəgötürən öz hesabına sosial, işsizlik və tibbi sığorta haqları ödəyir. Gross maaşla bu haqların cəmi işin tam xərcidir; bəzən buna supergross deyilir.

Faizlər sektora və maaşın həcminə görə dəyişir. Aşağıdakı «Pul hara gedir» zolağı bütün xərcin necə bölündüyünü göstərir.

Necə hesablanır

  1. Gross maaşdan başlayırıq.

    Bu, əmək müqaviləsində yazılan, vergidən əvvəlki aylıq məbləğdir.

  2. Vergisiz hissəni çıxırıq.

    Əsas iş yerində maaş 2 500 ₼-dək olanda ilk 200 ₼ vergidən azaddır; şəxsi güzəşt isə istənilən maaşda tətbiq olunur. Əlavə iş yerində güzəşt yoxdur.

  3. Vergi və sığorta haqlarını tuturuq.

    Gəlir vergisi, sosial, işsizlik və tibbi sığorta haqları sektordan və ildən asılı olaraq fərqli faizlərlə tutulur. Qalan məbləğ net maaşdır.

  4. İşəgötürənin payını əlavə edirik.

    İşəgötürən gross maaşdan əlavə öz sığorta haqlarını ödəyir; ikisinin cəmi onun tam xərcidir.

Suallar və cavablar

Supergross nədir?

Gross maaş üstəgəl işəgötürənin öz hesabına ödədiyi sosial, işsizlikdən və tibbi sığorta haqları. 1 000 ₼ gross maaşda bu, 1 189,00 ₼ edir.

İşəgötürən maaşın üstündən nə qədər ödəyir?

1 000 ₼ maaşda 189,00 ₼, yəni gross-un 18,9%-i. Pay maaşla dəyişir: 5 000 ₼ maaşda 17%.

Dövlət sektorunda işəgötürənin xərci nə qədərdir?

Orada işəgötürənin sosial sığorta haqqı sabit 22%-dir: 1 000 ₼ maaş 1 245,00 ₼ başa gəlir.

Haqlar nə vaxt ödənilir?

Sosial, işsizlikdən və tibbi sığorta haqları maaşla birlikdə, növbəti ayın 15-dən gec olmayaraq ödənilir. Tam xərc barədə ətraflı.