Maaş kalkulyatoru

Net-dən gross-a maaş kalkulyatoru

Əlinizə çatmalı olan məbləği yazın: hansı gross maaşın lazım olduğunu və işəgötürənə neçəyə başa gəldiyini görün.

Hansı sektordasınız?
  1. Dövlət sektoru: dövlətin yaratdığı publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və ya dövlət fondlarından maliyyələşən qurumlar və payının 51% və ya daha çoxu birbaşa və ya dolayı yolla dövlətə məxsus olan şirkətlər.
  2. Neft-qaz sektoru: SOCAR və onun strukturundakı müəssisələr, hasilatın pay bölgüsü və əsas boru kəməri sazişləri üzrə podratçılar və əməliyyat şirkətləri, həmçinin keçən il gəlirinin 50%-dən çoxunu onlardan alan subpodratçılar.
  3. Özəl qeyri-neft sektoru: qalan bütün hüquqi şəxslər və fərdi vergi ödəyiciləri.

İlk iki qrup eyni şkala ilə hesablanır: kalkulyatorda «Dövlət və neft sektoru» seçin. Meyarlar Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarındadır. Qərarın mətni

İl

İş yeri

Hesab qanun mətnlərinə əsaslanır və rəsmi sənəd deyil. Mənbələr və fərziyyələr Metodika səhifəsindədir.

Gross maaş Tam təsdiqlənməyib

2 343,19₼

Əlinizə çatan bunun 85,4%-idir

Maaşdan tutulur 2026 qaydaları

Tutulmalar cəmi 343,19 ₼

Sətirlər ayrıca yuvarlaqlaşdırılır, cəm isə dəqiq məbləğlərdən bir dəfə hesablanır, ona görə sətirlərin toplamı cəmdən bir qəpik fərqlənə bilər. Rəsmi kalkulyator da belə hesablayır.

  • Gəlir vergisi 64,30₼ 3%Vergisiz hissə 200 ₼
  • Sosial sığorta 220,32₼ 3% / 10%
  • İşsizlikdən sığorta 11,72₼ 0,5%
  • İcbari tibbi sığorta 46,86₼ 2%

Pul hara gedir

İşəgötürənin tam xərci

2 767,25 ₼

İşəgötürən əlavə ödəyir: 424,06 ₼

Net məbləğdən gross maaşı necə tapırıq

Kalkulyator elə gross maaş axtarır ki, bütün tutulmalardan sonra əlinizə tam yazdığınız məbləğ çatsın. Hesab qəpiyə qədər dəqiqdir.

2 500 ₼ həddində 200 ₼ güzəşt bitdiyi üçün bəzi net məbləğlərə iki gross maaş uyğun gəlir. Belə halda aşağı olanı böyük rəqəmlə, yuxarı olanı onun altında göstəririk.

Necə hesablanır

  1. Gross maaşdan başlayırıq.

    Bu, əmək müqaviləsində yazılan, vergidən əvvəlki aylıq məbləğdir.

  2. Vergisiz hissəni çıxırıq.

    Əsas iş yerində maaş 2 500 ₼-dək olanda ilk 200 ₼ vergidən azaddır; şəxsi güzəşt isə istənilən maaşda tətbiq olunur. Əlavə iş yerində güzəşt yoxdur.

  3. Vergi və sığorta haqlarını tuturuq.

    Gəlir vergisi, sosial, işsizlik və tibbi sığorta haqları sektordan və ildən asılı olaraq fərqli faizlərlə tutulur. Qalan məbləğ net maaşdır.

  4. İşəgötürənin payını əlavə edirik.

    İşəgötürən gross maaşdan əlavə öz sığorta haqlarını ödəyir; ikisinin cəmi onun tam xərcidir.

Suallar və cavablar

1 000 ₼ net üçün gross nə qədər olmalıdır?

Özəl sektorda, əsas iş yerində 2026 qaydaları ilə 1 159,76 ₼. İşəgötürənə bu maaş 1 376,72 ₼ başa gəlir.

Net-dən gross necə hesablanır?

Kalkulyator elə gross axtarır ki, bütün tutulmalardan sonra tam yazdığınız məbləğ qalsın. Nəticə qəpiyə qədər dəqiqdir və Vergi Xidmətinin rəsmi kalkulyatoru ilə tutuşdurulub.

Niyə iki gross cavab görürəm?

2 126,51 ₼ ilə 2 132,50 ₼ arasındakı net-ə 2 500 ₼-dan aşağı və yuxarı iki maaş uyğun gəlir. Rəsmi kalkulyator yalnız birini göstərir; burada ikisi də görünür. Səbəbi və hesabı.

Dövlət sektorunda gross nə qədər olur?

1 000 ₼ net üçün dövlət və neft sektorunda gross 1 207,45 ₼ olmalıdır, çünki orada gəlir vergisi 14%-dir.